Kürdəmir sakini atasına yas mərasimi keçirdiyinə görə cərimələnib
Cəmiyyət15:4813 aprel, 2021

Polis əməkdaşları Famil Süleymanovu saxlayaraq polis şöbəsinə gətiriblər

title
Bizi-da oxuyun

Kürdəmir rayonunda atasına yas mərasimi təşkil edən şəxs saxlanılıb.

Qazet.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdapay kənd sakini Süleymanov Famil Əlbaba oğlu atasına yas mərasimi təşkil etdiyi məlum olub.

Polis əməkdaşları Famil Süleymanovu saxlayaraq polis şöbəsinə gətiriblər.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün iş Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Famil Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə olunub.

 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0