Bakı 18˚C Partly sunny

Kürdəmirdə mikroavtobus aşdı: yaralananlar var

Hadisə 17:15 27 noy, 2021

Hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb

Kürdəmirdə mikroavtobus aşdı: yaralananlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisə baş verib.

Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

İlkin ehtimala görə, hadisə zamanı 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.