Mən ifamla haqq səsimiz lazımi olan yerlər çatdırdım
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 16-cı gündür.

Azərbaycana Avroviziya musiqi yarışmasında birincilik qazandıran müğənni Eldar Qasımov İkinci Qarabağ müharibəsi zamanı öz sənətilə apardığı haqq davası və qələbənin qazanıldığı gün keçirdiyi hisslərlə bağlı Qazet.az-a müsahibə verib.
– 44 gün ərzində apardığınız informasiya müharibəsi zamanı hansı çətin anlarla qarşılaşdınız?
– Biz sənət adamlarıyıq və öz auditoriyamız var. Belə deyim ki, Nigarla mənə xaricdən, Avropadan daha çox baxırlar və biz bunu bilib çalışırdıq ki, həqiqətləri bütün dünya ictimaiyyətinə çatdıraq. Bayaqda qeyd etdiyim kimi, bizim geniş platformalarımız var ki, fikirlərimizi daha geniş kütləyə çatdırmağa yardım edir. Azərbaycanda müharibə zamanı böyük bir qrup yaranmışdır ki, məhz həqiqətləri işıqlandırmaq üçün elə həmin qrupun içində bizlər də olmuşuq. Daim çalışırdım ki, əldə etdiyim düzgün məlumat və faktları həm rus dilində, həm ingilis dilində, yeri gələndə isə erməni dilində paylaşım.
– Gəncə terrorundan sonra siz Nigar xanımla birgə Gəncəyə səfər etdiniz. Bununla bağlı nələr söyləmək istərdiniz?
– Həmin səfər çox çətin idi. Xüsusilə də zərərçəkmiş, yaxınlarını itirmiş şəxslərlə görüşmək. Mənə elə gəlirdi ki, mənim öz evimi belə darmadağın ediblər. Biz orada Nigarla birlikdə çalışdıq ki, ingilis dilində qısa bir videoçarx edək. Bununla da düşündük ki, erməni vəhşiliyini və sivil insanlara qarşı edilən terror aktını dünya ictimayyətinə düzgün çatdıra bilək və bunu etdik.
– Müharibə zamanı öz sənətinizlə haqq davamıza necə dəstək verdiniz?
– Həmin dövrdə rus dilində bir mahnı ifa etdim “Qarabağda oyanmaq istəyirəm”. Düzdür, ilk başlarda dil baxımından tərəddüd içindəydim. Amma gördüm ki, bu çox gözəl bir təşəbbüs oldu. Azərbaycan dilində oxusaydım, biz onsuzda həqiqətləri bilirik, amma rus dilində oxudum ki, hansısa bir digər kütləyə də bizim haqq səsimizi çatdıra bilim.
– Bəs bu ifanızdan sonra sizə qarşı hansısa bir sərt reaksiyalar oldumu?
– Demək olar ki, mənfi reaksiya yoxdur. Habelə “Youtube”da açıb baxa da bilərsiniz, şərh bölməsindən kənar hansısa fikirlər səslənməyib. Bu mahnını ifa etmək mənə ayrı bir qürur hissi yaşadırdı. Çünki bir çox bizi gözü götürməyənlər deyirdi ki, siz heç yuxuda da Qarabağı görməyəcəksiniz, amma istəklərinə çata bilmədilər. Düzdür, mənfi düşüncələr var idi, amma heç bir zaman bu barədə danışmaq istəmirəm. Çünki mən pozitivə köklənən birisiyəm. Düzdür, mən heç gözləməzdim ki, mahnıya belə gözəl fikirlər səslənəcək, habelə ölkə kənarında olan rus dilli kütlə tərəfindən. Artıq gördüm ki, mən ifamla haqq səsimiz lazımi olan yerlər nə qədər olmasından asılı olmayaraq çatdırmışam. Mahnını dinləyən insanlar isə bizə haqq verib, qısa zamanda haqq davamızda qələbə qazanmağımızı dəstəkləyirdilər. Hətta Rusiyada bu mahnı radioda ifa olunurdu. Açığı, bilmirəm bunun bizim hansı vətənsevər oğullarımız etmişdi, amma mənə bildirildi ki, mahnı radiolarda səsləndirilir. Mən buna görə çox şad oldum, çünki bir sənətkar kimi mənim orada vəzifəm o idi ki, öz sənətimlə insanlara həqiqi olanı çatdırım və bunu etdim.
Ondan sonra isə komandamla birgə ən çox sevdiyim Azərbaycan xalq mahnısı olan “Laçın” mahnısına yeni aranjimanda nəfəs verdim. Mən bu ifamı tək və birmənalı olaraq Laçına həsr etməmişəm. Həmin mahnı bütün torpaqlarımıza, bütün Azərbaycana ifa edilib. Bu mahnı mənim üçün bir simvoldur, rəmzdir. Özündə həm işğalı, həm də azad və firavan Qarabağı əks etdirir. Studiyoda mahnını yazanda qəribə hisslər içindəydim. Mən işlərimdə hər zaman nəsə yaxşı olmayan nüans axtaran biriyəm, amma bu ifamı elə qəlbdən etmişdim ki, heç bir halda özümdə və ifamda nöqsan tapa bilmədim. Mən düşünürəm ki, bu mahnı mənim ən uğurlu işlərimdən biridir.
– 44 gün bizə həm qələbə hissi, həm də ağrılı anlar yaşatdı. Bəs 44 günün sonunda qazandığımız “Böyük Qələbə” sizə hansı hissləri yaşatdı?
– Həmin gün yadımda qalan bir hadisə var ki, məhz həmin anı sizə danışmaq istəyirəm. Deməli, həmin gün Parlament prospektində intervyu üçün getmişdim və orada Şəhidlər Xiyabanı tərəfdən keçərkən gördüm ki, bir kişi məzarın önündə dayanıb. Sadəcə məzara baxırdı, birdən əlini məzarın üzərinə qoydu və başladı hönkür-hönkür ağlamağa. Yaxşı ki, bu an intervyudan sonra şahid oldum. Çünki həmin anda özümü saxlaya bilmədim. Həmin gün mənim üçün qürurverici gün idi. Düşünün ki, bu dəqiqə o anları xatırlayıram və mənim gözlərim dolur. Həqiqətən də həmin zaman mən xalqımı birgə, həmrəy, bir ailə kimi gördüm. Bu isə xoşdur və qürurvericidir. Mən istəyirəm ki, məhz bundan sonra da xalqımızı belə görüm. Mən sizlərə də çox təşəkkür edirəm ki, bu layihəniz sayəsində o xatirələri mənə yenidən yaşatdınız.
Dönməz Hüseyin
Millimizin futbolçusu Portuqaliya klubundan ayrıldı
Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
Ərdoğan üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirdi
"Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib
Ukrayna Rusiyanın daha bir hücumunun qarşısını aldı
Türkiyədə avtobus qəzaya uğrayıb, onlarla insan xəsarət alıb
Türkiyə lideri: “Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur”
"Ən səmimi mövqeyi biz göstərdik" - Ərdoğan
Azərbaycan Prezidenti Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunduğunu bildirib
İlham Əliyev Ərdoğana zəng edib
Fikriniz
- Rəy yazın
- Rəylər
- Millimizin futbolçusu Portuqaliya klubundan ayrıldı
Qeyd edək ki, futbolçu müqavilə əsasında İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.
Azərbaycan03:13 24.05.2022 - Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”
Dünya02:11 24.05.2022 - Ərdoğan üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirdi
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Dünya01:09 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Eksklüziv
Hamısına bax- "Rusiya müstəqil, suveren Ukrayna dövlətinin mövcudluğuna hansısa şəkildə son qoymağa çalışır" - SİYASİ ANALİZ
"Keçmiş hərbçilərin, zabitlərin mövqeyi rəzalət idi"
Aktual10:36 11.04.2022 - Məşhur serialdan Azərbaycana böyük təxribat: Dövlət qurumları niyə susur? QAZETAZ SORUŞUR - FOTO / VİDEO
Dünyaca məhşur serialda Azərbaycana qarşı təxribat edilib və bununla bağlı heç bir rəsmi dövlət orqanı lazımi addımı atmır
Azərbaycan12:25 01.02.2022