Leydi Qaqa Romada "Gucci"nin çəkilişləri üçün gəlinlik paltarında - FOTO
Maraqlı15:4913 aprel, 2021

Çəkilişlərinə start verilən iddialı filmlərdən biri rejissor Ridli Skottun “House of Gucci”(Quççinin Evi) filmidir

title
Bizi-da oxuyun

Film sənayesi pandemiya səbəbilə keçən ili zərərlə başa vurub. Yeni filmlərin çəkilişləri və nümayiş tarixləri təxirə salınıb.

Lakin bu ilin əvvəlindən başlayaraq bu sahədə yavaş-yavaş canlanma hiss olunur.

Çəkilişlərinə start verilən iddialı filmlərdən biri rejissor Ridli Skottun “House of Gucci”(Quççinin Evi) filmidir. 

Film Sara Qey Fordenin 2001-ci ildə yazdığı “Quççinin Evi: Cinayət, Dəlilik, Cazibə və Xəsisliyin Sensasiyalı Hekayəsi” adlı kitabından ilhamlanıb. 

Film Nyu-York müğənnisi və aktrisasının canlandırdığı Patrisia Reccianinin 1995-ci ildə keçmiş əri Maurisio Quççinin öldürülməsindən bəhs edir. Varlı ailənin gəlini olan və daha sonra ərini öldürərək illərlə həbsxanada yatan Reccianinin obrazını isə pop ulduz Leydi Qaqa canlandıracaq.

Hazırda çəkilişlər İtaliyanın müxtəlif şəhərlərində davam edir.  

Filmdə Quççinin əmisi Aldo rolunu Al Paçino ifa edəcək. Həmçinin Cared Leto, Cek Hyuston və Ceremi Ayrons kimi digər məşhur simalar da kinoda rol alacaq.

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0