Lavrov: “Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir” - YENİLƏNİB
Azərbaycan15:1228 sentyabr, 2021

Rusiya xarici işlər naziri yeni detalları açıqlayacaq

Lavrov: “Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir” - <span style="color:red">YENİLƏNİB</span>
Bizi-da oxuyun

“Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”.

Qazet.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir: “Hazırda heç bir zorakılıq aktlarının şahidi olmuruq. İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq istəyirəm ki, hazırda orada vəziyyət sabitdir”.

S.Lavrov həmçinin regiona işçigüzar səfərlərin bərpası ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yorkda rəsmi Bakı və İrəvanla razılıq əldə etdiyini bildirib.
***

“Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmasının əsas nəticəsi münaqişə zonasında vəziyyətin tam stabilləşməsidir”.

Lavrov bu gün keçirilən mətbuat konfransında bəyan edib.

Yenilənir

Qaynaq 

Fikriniz