Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər
Dünya03:139 dekabr, 2021

Lavrovla Mirzoyan “3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri də müzakirə ediblər.

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər
Bizi-da oxuyun

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın telefon danışığı olub.

“Qazet.az” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Nazirlər Qarabağla bağlı məsələlərin geniş spektrini müzakirə ediblər. Məsələnin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllinin vacibliyi qeyd edilib.

Həmsöhbətlər, həmçinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə ediblər.

Lavrovla Mirzoyan “3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri də müzakirə ediblər.

Fikriniz