Bakı 7˚C Sunny

"Legiya"nın baş məşqçisi: "Mahir Emreli qol vurmalıdır"

Gündəm 11:42 18 okt, 2021

“Mahir fasilədən sonra daha intensiz oynamağa başladı. İkinci yarıda fərqlənsəydi, yəqin ki, fərqli tonda danışardıq”

"Legiya"nın baş məşqçisi: "Mahir Emreli qol vurmalıdır"

"Mahir Emreli niyə avrokuboklarda sevinir və liqada məyus olur? Bunu demək çətindir. Onun görüş ərzində qol epizodu var idi. İkinci hissədə bundan istifadə etsəydi, yəqin ki, bu sualı özümüzə verməzdik. Məsələ onun yaxşı və pis oynadığı oyunlar arasında seçim etməsində deyil".

Qazet.az-ın məlumatına görə, bu fikirləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Polşa Ekstraklasanın XI turunda "Lex"ə 0:1 hesabı uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün fasiləsində 24 yaşlı hücumçu ilə söhbət etdiyini bildirib: "Fasilədə ona aktiv olmasını, rəqibin müdafiəçilərinin sağında və solunda yaranan boşluqlardan istifadə etməsini dedim. Mahir fasilədən sonra daha intensiz oynamağa başladı. İkinci yarıda fərqlənsəydi, yəqin ki, fərqli tonda danışardıq. O, qol vurmalıdır, biz Mahiri buna cavabdeh sayırıq . Əks halda, o, öz çıxışından razı qala bilməz".