Bakı 14˚C Sunny

Lənkəranda şəhid bulağının açılışı oldu - FOTOLAR

Gündəm 21:51 16 okt, 2021

Şəhid bulağının açlışı oldu

Lənkəranda şəhid bulağının açılışı oldu - FOTOLAR

Müzəffər Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biri də Lənkəran rayonunun Şirinsu qəsəbə sakini Cəfərli Əmrah Yusif oğlu olub. 

Könüllü olaraq müharibəyə getmiş Əmrah Cəfərli  torpaqların azadlığı uğrunda qəhrəmancasına şəhid olub. Ali Baş Komandan tərəfindən o, göstərdiyi  şücaətə görə medallarla təltif olunub. Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində şəhid Cəfərli Əmrah Yusif oğlunun adına doğulduğu Şirinsu qəsəbəsində xatirə bulağı tikilib.  

Qazet.az xəbər verir ki, oktyabrın 16-da şəhidin adına tikilmiş bulağın açılışı olub. Bununla əlaqədar keçirilən mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, şəhid valideynləri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı tədbirdə çıxış edib 44 günlük Vətən Müharibəsində Milli Ordumuzun əsgər və zabitlərinin ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin mahir sərkərdəlik bacarığı ilə misilsiz qəhrəmanlıq göstərdiklərini, düşmən ordusunu, onun texnikasını məhv edib torpaqları işğaldan azad etdiklərini bildirib. Şəhid və qazilərin Vətən qarşısında xidmətlərinin dövlət və xalq tərəfindən daim yüksək dəyərləndirildiyini, onların əziz xatirəsinin heç vaxtı unudulmayacağını diqqətə çatdıran natiq lənkəranlı gənclərin də bu azadlıq müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, vətənpərvərlik ruhunun nəsillərə örnək olacağını xüsusi vurğulaylb.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Lənkəran rayonunda da kompleks işlərin görüldüyünü söyləyən İcra başçısı bunun bariz nümunəsi kimi Şirinsu qəsəbəsində tikilmiş növbəti şəhid bulağı olduğunu qeyd edib. Mərasimdə çıxış edən digər natiqlər və şəhid atası əzizlərinin xatirəsinə göstərilən ehtirama, davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  dərin minnətdarlıq ifadə ediblər. Açılışın sonunda İcra başçısı şəhid valideynləri ilə birgə kollektiv xatirə şəkili çəkdirib.

Oktyabrın 16-ı şəhid Əmrah Cəfərli şəhidlik zirvəsinə yetişdiyi gün olduğu üçün İcra başçısı və tədbir iştirakçıları qəsəbə qəbiristanlığına baş çəkib qəbrini ziyarət edib üzərinə tər çiçəklər düzməklə bir daha ehtiramlarını ifadə ediblər. Sonra onun və cəmi şəhidlərin ruhuna dualar olxunub.


 

Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR
Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR
Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR
Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR
Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR
Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR
Lənkəranda şəhid bulağının açılışı oldu- FOTOLAR