Bakı 14˚C Sunny

Lev Yaşin mükafatına namizədlər açıqlanıb

İdman 01:34 09 okt, 2021

 Lev Yaşin dünya futbolu tarixində "Qızıl top"u qazanmış yeganə qapıçıdır. 

Lev Yaşin mükafatına namizədlər açıqlanıb

Fransanın “France Football” nəşri 2021-ci il üçün Lev Yaşin mükafatına namizədləri açıqlayıb.

Qazet.az-ın məlumatına görə, bu ada italiyalı Canluici Donnarumma, kosta-rikalı Keylor Navas (hər ikisi PSJ, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel ("Lester", İngiltərə), belçikalı Tibo Kurtua ("Real Madrid", İspaniya), seneqallı Eduard Mendi ("Çelsi", İngiltərə) və agentinalı Emiliano Martines ("Aston Villa", İngiltərə) iddia edirlər.

Mükafatın təqdimetmə mərasimi noyabrın 29-da Parisdə olacaq.

Qeyd edək ki, Lev Yaşin dünya futbolu tarixində "Qızıl top"u qazanmış yeganə qapıçıdır. Bu, 1963-cü ildə baş verib.