Lionda Fransa prezidentinə yumurta atılıb
Dünya16:4927 sentyabr, 2021

Bu barədə yerli BFM telekanalı məlumat yayıb

Lionda Fransa prezidentinə yumurta atılıb
Bizi-da oxuyun

Naməlum şəxs Liona səfər edən Fransa Prezidenti Emmanuel Makrona yumurta atıb.

Qazet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli BFM telekanalı məlumat yayıb.

Telekanalın yaydığı görüntülərdə görünür ki, kütlədən atılan yumurtaya bənzər əşya Makronun çiyninə dəyir. Yumurtanı atan şəxs dərhal saxlanılıb.

Hadisənin görüntülərini dərc etmiş “LION Magazine” nəşri saxlanılarkən həmin gəncin “Yaşasın inqilab!” şüarı səsləndirdiyini yazıb. Hazırda onun motivləri məlum deyil.

Xatırladaq ki, bu, cari ildə Makronun hücuma məruz qaldığı ilk hal deyil. Belə ki, iyun ayında Dron departamentinə səfəri zamanı kütlədəki şəxslərdən biri Makronun üzünə zərbə endirmişdi.

Fikriniz