Bakı 14˚C Sunny

London küçələrində Anım günü münasibətilə aksiya keçirilib

Gündəm 00:16 28 sen, 2021

Bu gün Londonda Anım günü münasibətilə Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib.

London küçələrində Anım günü münasibətilə aksiya keçirilib

Bu gün Londonda Anım günü münasibətilə Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib.

Qazet.az-ın verdiyi xəbərə görə, aksiya çərçivəsində “Azərbaycan müharibə istəmir”, “Müharibə yox sülh”, “Ermənistan tərəfindən dağıdılan Azərbaycan mədəni irsi” yazılan elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edib.

Bir neçə saat ərzində Parlament Binası, Pikadili küçəsi də daxil olmaqla, Londonun mərkəzi küçələrində hərəkət edən avtomobilin üzərində Ermənistanın gerçək üzünü göstərən, mədəni irsimizin dağıdılması ilə bağlı fotolar nümayiş etdirilib, Azərbaycanın sülh tərəfdarı olması vurğulanıb.

apa