Bakı 20˚C Sunny

Lopez və həyat yoldaşı toydan 3 həftə sonra ayrı yaşamaq qərarı verdilər - FOTO

Maraqlı 16:16 10 avq, 2022

Onlar bu qərarın səbəbini açıqladılar

Lopez və həyat yoldaşı toydan 3 həftə sonra ayrı yaşamaq qərarı verdilər - FOTO

Müğənni Cennifer Lopezlə ailə qurduqdan bir ay sonra aktyor Ben Afflek malikanəsini 30 milyon dollara satışa çıxarıb.

Qazet.az xəbər verir ki, villada yeddi yataq otağı, doqquz vanna otağı, idman zalı, kinoteatr, SPA və iqlim-nəzarət sistemi olan şərab zirzəmisi, açıq hovuz, yay mətbəxi və ətrafda kiçik tərəvəz bağçası var. Aktyor bu mülkü 2018-ci ildə Cennifer Qarnerlə münasibətdə olarkən 19,2 milyon dollara alıb.

Qeyd edək ki, aktyorun Lopezlə toydan bir ay sonra malikanəsini satışa çıxarması bir çoxları tərəfindən maraqla qarşılanıb. Jurnalistlər bunu yeni evlənənlərin Beverli Hillsdəki evlərinə köçmələri ilə əlaqələndiriblər.

Xatırladaq ki, ulduz cütlük toylarından cəmi üç həftə sonra ayrı yaşamaqla bağlı qərar verib. Onlar bunu hər birinin öz layihələri üzərində fikirlərini cəmləmələri ilə izah ediblər.