Bakı 16˚C Sunny

Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq

Gündəm 11:22 12 okt, 2021

Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb

Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq

Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

Qazet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. 

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.