Bakı 26˚C Mostly sunny

Mahir Emreli "Legiya"nın növbəti oyununda iştirak edəcək

Gündəm 12:34 13 okt, 2021

Buna 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxması səbəb olub

Mahir Emreli "Legiya"nın növbəti oyununda iştirak edəcək

"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının XI turunda "Lex" (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək.

Qazet.az "Onet.pl" nəşrinə istinadən xəbər verir ki, buna 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxması səbəb olub.

Daha əvəvl AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan millisinin Serbiyaya 1:3 hesabı ilə uduzduğu matçı tribunadan izləyib. Oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.