Bakı 24˚C Partly sunny

"Mançester Siti" Holannın keçidini açıqlayıb

İdman 20:52 10 may, 2022

Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.

"Mançester Siti" Holannın keçidini açıqlayıb

İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holannı heyətinə qatıb.

Qazet.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, norveçli hücumçu bu il iyulun 1-dən yeni komandasına qoşulacaq.

Klub keçidin digər detallarını və müqavilə müddətini açıqlamayıb.

Qeyd edək ki, Erlinq Holann 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir.