Bakı 17˚C Mostly sunny

"Mançester Yunayted"in baş məşqçisi klubun 101 illik antirekordunu qırıb

İdman 10:36 14 avq, 2022

Sonuncu dəfə “Mançester Yunayted”in baş məşqçisi kimi ilk iki görüşü Con Çapman uduzmuşdu

"Mançester Yunayted"in baş məşqçisi klubun 101 illik antirekordunu qırıb

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubun rekordunu qırıb.

Qazet.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 101 ildə "Mançester Yunayted"in baş məşqçisi kimi ilk iki matçında məğlub olan ilk məşqçi olub. Sonuncu dəfə “Mançester Yunayted”in baş məşqçisi kimi ilk iki görüşü Con Çapman uduzmuşdu.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının (APL) 2-ci turunun matçında klub "Brentford"a məğlub olub (0:4). Bütün qollar görüşün ilk hissəsində vurulub.