Bakı 14˚C Sunny

"Mançester Yunayted"in futbolçusu "Liverpul"la oyunda baş məşqçini təhqir edib

Gündəm 12:47 27 okt, 2021

28 yaşlı yarımmüdafiəçi 60-cı dəqiqədə qırmızı vərəqə aldıqdan sonra Şulşerə qarşı təhqiramiz ifadələr işlədib

"Mançester Yunayted"in futbolçusu "Liverpul"la oyunda baş məşqçini təhqir edib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba baş məşqçi Ule Qunnar Sulşeri təhqir edib.

Qazet.az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə "qırmızı şeytanlar"ın Premyer Liqanın IX turunda evdə "Liverpul"a 0:5 hesabı ilə uduzduqları görüşdə baş verib.

28 yaşlı yarımmüdafiəçi 60-cı dəqiqədə qırmızı vərəqə aldıqdan sonra Şulşerə qarşı təhqiramiz ifadələr işlədib.

Poqba oyundan sonra meydandan qovulduğu üçün komanda yoldaşlarından üzr istəyib və Sulşeri aşağılayıb.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildən "qırmızı şeytanlar"ın formasını geyinir. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.