Bakı 14˚C Sunny

Maradonanın xatirəsinə yoldaşlıq oyunu keçiriləcək

Gündəm 19:22 30 noy, 2021

Qarşılaşmanın 2022-ci il mayın 24-də Neapolda oynanılacağı gözlənilir

Maradonanın xatirəsinə yoldaşlıq oyunu keçiriləcək

Əfsanəvi futbolçu Dieqo Maradonun xatirəsinə İtaliya "Napoli"si ilə Argentina millisi arasında yoldaşlıq matçı keçiriləcək.

Qazet.az-ın məlumatına görə, bu barədə Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis "Corriere dello Sport"a açıqlamasında deyib.

Funksioner bildirib ki, bu məsələ İtaliyanın xarici işlər naziri Luici Di Mayo və Argentinanın səfiri ilə müzakirə olunur. Onun sözlərinə görə, qarşılaşmanın 2022-ci il mayın 24-də Neapolda oynanılacağı gözlənilir.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı mərhum futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib. Bu il dekabrın 14-də Səudiyyə Ərəbistanında İspaniya Barselona"sı və Argentina "Boka Xuniors"u arasında Maradona Kuboku təşkil olunacaq.