Bakı 15˚C Mostly sunny

Marsda "izləyici göz" tapıldı: Bir şəhər böyüklüyündə - FOTO

Biznes 14:24 14 iyn, 2022

O, fotoları “Mars bir gözü açıq yatır” başlığı ilə dünyaya elan edib

Marsda "izləyici göz" tapıldı: Bir şəhər böyüklüyündə - FOTO

Avropa Kosmik Agentliyinin (ESA) Mars Express adlı peyki Qırmızı Planetin səthində tapdığı çayın izlərindən iki il sonra bütün dünyanı heyrətə gətirən nəhəng bir “göz” kəşf edib.

Qazet.az xəbər verir ki, 2019-cu ilin fevral ayında Mars Express tərəfindən çəkilən görüntülərdə planetin səthində qədim çaylar şəbəkəsinin izləri aşkar edilib. Marsda, Yerdə olduğu kimi, suların eroziya gücündən asılı olaraq yerdə də çuxurlar və dərələr var. Lakin alimlər hələ də bu suların haradan gəldiyini  aydınlaşdıra bilməyiblər.

Mars Express çay şəbəkəsindən 28 ay sonra Qırmızı Planetin səthində qorxunc kraterin görüntüsünü çəkib. Şəhər böyüklüyündə "gözləyən göz" kraterinin ortasında qaranlıq maddə var.

ESA fotoları "Mars bir gözü açıq yatır" başlığı ilə dərc edib. Kəşf edilən “gözləyən göz”ün diametri demək olar ki, 30 kilometrdir.

Kosmik agentlik nəhəng kraterin içindəki kanalları insan gözündəki damarlarla müqayisə edib. ESA-nın məlumatına görə, sözügedən kanallar, ehtimal ki, 3,5-4 milyard il əvvəl maye su daşıyıb.

Qaranlıq materiallarla dolu olan kanalların bəzi yerlərdə səthdən yuxarı qalxdığını qeyd edən ESA, kanalların içinin eroziyaya davamlı çöküntü və ya lava ilə dolu ola biləcəyini ifadə edib.

Qeyd olunub ki, 19 ildir Qırmızı Planetin ətrafında dövr edən Mars Ekspressinin kəşf etdiyi “gözləmə gözü” diametri 200 kilometr olan Louel kraterinin yaxınlığındadır.