Bakı 13˚C Cloudy

Masallıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə 17:06 19 yan, 2022

Faktla bağlı araşdırma aparılır

Masallıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Masallı rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan C.Qasımovun ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki daha bir evdən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.