Bakı 16˚C Partly sunny

Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb

Hadisə 11:45 03 fev, 2022

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır

Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qazet.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.