Bakı 13˚C Cloudy

Mask: Tvitterin Trampa qadağası yanlış idi!

Cəmiyyət 09:12 11 may, 2022

“Mən bloklanma ilə bağlı qərarı həmişəlik dəyişdirərdim"

Mask: Tvitterin Trampa qadağası yanlış idi!

ABŞ-ın sabiq prezidenti Donald Trampın hesabının Tvitterdə bloklanması yanlış addım idi.

Qazet.az xəbər verir ki, bu barədə Tvitterin yeni sahibi, milyarder İlon Mask deyib.

“Mən bloklanma ilə bağlı qərarı həmişəlik dəyişdirərdim. Lakin hələ ki, Tvitter mənə aid deyil. Ona görə də bunun mütləq baş verəcəyini söyləmək olmaz”, - deyə Mask bildirib.

Qeyd edək ki, Tvitter administrasiyası bir il öncə Trampın hesabını bloklamışdı. Bundan sonra Tramp hətta hesabına qoyulan qadağanın aradan qaldırılacağı təqdirdə belə sosial şəbəkəyə qayıtmayacağını söyləmişdi.