Bakı 13˚C Mostly sunny

Maya Sandu: “Rusiya hərbçiləri Moldovanı tərk etməlidirlər"

Gündəm 20:11 18 may, 2022

Moldova prezidenti sərt danışdı 

Maya Sandu: “Rusiya hərbçiləri Moldovanı tərk etməlidirlər"

“Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur”.

Qəzet.az xəbər verir ki, bunu Moldovanın Prezidenti Maya Sandu Avropa Parlamentində çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, rəsmi Kişinev Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır.