Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozası vurulacaq
Gündəm15:4704 may, 2021

Bu barədə Qazet.az-a Mətbuat Şurasından məlumat verilib

title
Bizi-da oxuyun

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq.

Bu barədə Qazet.az-a Mətbuat Şurasından məlumat verilib.

Aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcəkdir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0