Bakı 16˚C Sunny

Meksikalı futbolçu və ailəsi ölümlə təhdid olunur

İdman 20:10 17 noy, 2021

Meksika yığması hazırda 14 xalla qrupda 3-cü yeri tutur

Meksikalı futbolçu və ailəsi ölümlə təhdid olunur

Meksika millisinin futbolçusu Luis Rodriges ABŞ-a 0:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra ölümlə təhdid olunur.

Qazet.az-ın məlumatına görə, bu barədə 30 yaşlı yarımmüdafiəçi instaqram səhifəsində paylaşım edib. Təcrübəli oyunçu bildirib ki, Migel adlı şəxs sosial şəbəkədə onun xanımına mesaj yazaraq, ölümlə hədələyib.

Rodriges həmin şəxsdən bu cür hərəkətlərə son qoymasını istəyib: "Migel, mən sizin yazdığınız qadının əriyəm. Başa düşürəm ki, davranışınızın səbəbi mənim oyunum ola bilər. Bəhanə gətimirəm, amma sizdən xahiş edirəm, bir daha xanımıma yazmayın. "Öldürmək", "zorlamaq" qəddar sözlərdir, biz buna layiq deyilik. Ən azından bu ifadələri ailəyə aid etmək olmaz. Tanrı sizi qorusun".

Qeyd edək ki, Meksika yığması hazırda 14 xalla qrupda 3-cü yeri tutur.