Bakı 12˚C Windy

Məktəbəhazırlıq qrupları ləğv ediləcək? – Rəsmi

Cəmiyyət 14:15 05 may, 2022

Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək

Məktəbəhazırlıq qrupları ləğv ediləcək? <span style="color:red">– Rəsmi</span>

Məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək.

Qazet.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər səslənir:

“Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək. Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur”.