Bakı 13˚C Sunny

Məşhur aktrisa mükafatlandırıldı

Gündəm 19:36 07 iyn, 2022

Aktrisa 4-cü dəfə “Oskar”a namizədliyini irəli sürüb

Məşhur aktrisa mükafatlandırıldı

Penelope Kruz ispan kino tarixində ən çox mükafat qazanan aktrisa olub.

Qazet.az xəbər verir ki, İspaniyanın Mədəniyyət və İdman Nazirliyi iyunun 6-da dünyaca məşhur Penelope Kruza kinodakı müstəsna xidmətlərinə görə “Milli Kinematoqrafiya Mükafatı 2022” təqdim edib.

Münsiflər heyəti ötən il məhsuldar fəaliyyəti nəticəsində Venesiya Festivalında “Copa Volpi” mükafatını qazanan və Pedro Almodovarın "Paralel analar" filminə görə 4-cü dəfə “Oskar” mükafatına namizədliyini irəli sürən ispaniyalı aktrisaya yekdilliklə bu mükafatı verib.