Bakı 7˚C Sunny

Məşhur aktyor koronavirusa yoluxub

Maraqlı 14:37 29 dek, 2021

Aktyor hazırda yaxşı olduğunu qeyd edib və mümkün qədər tez sağalıb işə qayıtmaq üçün hər şeyi edəcəyinə söz verib

Məşhur aktyor koronavirusa yoluxub

Avstraliyalı məşhur aktyor Hyu Cekman koronavirusa yoluxduğunu açıqlayıb.

Qazet.az xəbər verir ki, aktyor bununla bağlı şəxsi “Tiwitter” hesabında yazıb

“Bu səhər koronavirus testim müsbət çıxdı. Məndə soyuqdəyməyə bənzər simptomlar var: boğaz ağrısı və yüngül burun axması”, - deyə o, “Twitter” hesabında bildirib.

Aktyor hazırda yaxşı olduğunu qeyd edib və mümkün qədər tez sağalıb işə qayıtmaq üçün hər şeyi edəcəyinə söz verib.

Hyu Cekman 12 oktyabr 1968-ci ildə Sidneydə anadan olub. O, “X-Men” filmi ilə (X-adamlar, 2000) şöhrət qazanıb.

Mənbə: TASS