Bakı 26˚C Partly sunny

Məşhur aktyor tətil zamanı vəfat etdi - FOTO

Maraqlı 12:20 20 yan, 2022

Aktyor dağ-xizək kurortunda baş verən qəza nəticəsində dünyasını dəyişib

Məşhur aktyor tətil zamanı vəfat etdi - FOTO

Fransa kinosunun məşhur aktyorlarından olan Qaspard Ulliel vəfat edib.

Qazet.az “Star” qəzetinə istinadla xəbər verir ki, aktyor dağ-xizək kurortunda baş verən qəza nəticəsində dünyasını dəyişib.

Aktyorun ailəsinin açıqlamasında bildirilib ki, 37 yaşlı Ulliel dünən yerli saatla 16:00 radələrində ölkənin cənubundakı La Rosiere xizək kurortunda xizək sürərkən başqa bir xizəkçi ilə toqquşması nəticəsində ağır yaralanıb və huşunu itirib. 

Helikopterlə Qrenobl şəhərindəki xəstəxanaya aparılan Ulliel bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1984-cü ildə Paris yaxınlığındakı Bulon-Bilyankurda anadan olan Ulliel 1998-ci ildə "Alias" filmi ilə ekranlara çıxıb.

O, 2002-ci ildə "Embrassez qui voüus voudrez" filmindəki roluna və "ən perspektivli aktyor"a, 2017-ci ildə isə "Juste La Fin Du Monde" filmindəki uğuruna görə "Fransa Oskarı" kimi tanınan Sezar Cinema Mükafatlarını qazanıb.

Aktyor rol aldığı filmlərdəki uğurları ilə fransız kinosunun önəmli adlarından birinə çevrilib.(ölke.az)