Bakı 15˚C Mostly sunny

Məşhur futbolçu avtomobilində ÖLÜ TAPILDI - FOTO

İdman 17:05 11 may, 2022

Bu barədə bölgə polisi məlumat verib

Məşhur futbolçu avtomobilində <span style="color:red">ÖLÜ TAPILDI - FOTO</span>

Məşhur futbolçu Antonio Salazarın cəsədi tərk edilmiş avtomobilin içərisində yanmış halda tapılıb.

Qazet.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə bölgə polisi məlumat verib.

Hadisə yerinə gələn polislər, yaxınlıqda tərk edilmiş ağ rəngli avtomobil olduğu xəbərindən sonra cəsədi avtomobildə tapıblar. 

İlk araşdırmalardan sonra cəsədin 33 yaşlı Antonio Salazara ("Hulk") aid olduğu məlum olub.

Xatırladaq ki, hücumçu kimi oynayan Salazar 2007-ci ildə Chivas Guadalajara forması altında futbola başlayıb. 5 illik karyerası ərzində 4 fərqli komandada oynayan futbolçu daha sonra "Santos de Quapiles"ə transfer olunub. Daha sonra o, Sonoranın formasını geyinib. 7 fevral 1989-cu ildə anadan olan futbolçu gücünə görə Hulk ləqəbini alıb.