Bakı 11˚C Windy

Məşhur model: " İndiyə qədər etdiyim ən yaxşı şey ana olmaqdır "-FOTO

Maraqlı 11:42 16 fev, 2022

50 yaşında ana olan supermodel “ qara pantera ” Naomi Kempbell

Məşhur model: " İndiyə qədər etdiyim ən yaxşı şey ana olmaqdır "-FOTO

Dünyaca məşhur supermodel Naomi Kempbell dünyaya uşaq gətirməsini həyatındakı ən böyük nailiyyəti adlandırıb.

O, ana olmaq planları barədə yaxın ətrafından sadəcə bir neçə nəfərə bəhs etdiyini bildirib.

“Uşağımın olacağını bilənlərin sayı bir əlin barmaqları qədər ola bilərdi. O, mənim təsəvvür edə biləcəyim ən böyük nemətdir. İndiyə qədər etdiyim ən yaxşı şey ana olmaqdır”, - deyə supermodel qeyd edib.

51 yaşlı Naomi Kempbell övladının adını açıqlamaqdan imtina edib və uşağın bioloji anası olduğunu vurğulayıb.