Bakı 13˚C Cloudy

Məşhur modelyer və “Mugler” moda evinin yaradıcısı vəfat edib - FOTO

Maraqlı 11:22 25 yan, 2022

Məşhur dizayner, Beyonsun şəxsi stilisti, həmçinin Şeron Stoun, Beyons, Ledi Qaqa, Corc Maykl, Devid Boui üçün də paltarlar hazırlayan Tyerri Myuqler

Məşhur modelyer və “Mugler” moda evinin yaradıcısı vəfat edib - <span style="color:red">FOTO</span>

Məşhur fransız modelyeri, fotoqrafı və “Mugler” moda evinin yaradıcısı Tyerri Myuqler 73 yaşında dünyasını dəyişib.

Bu barədə onun sözçüsü Jan-Baptist Rujo bəyan edib. 

Bir çox məşhur sosial şəbəkəsindən onun xatirəsini yad elədi.

Mugler 1948-ci ilin dekabrında Strasburqda anadan olub. O, 20 yaşında Parisə gəlib və 1973-cü ildə özünün “Cafe de Paris” leyblini yaradıb, bir il sonra “Thierry Mugler” Evini təsis edib.

Modelyer bu brenddə klassik və müasir tendensiyaları birləşdirib.

Dizayner 1980-ci illərdə populyarlıq qazanıb. 1992-ci ildə o, öz ətir brendini yaradıb. 2002-ci ildə “Mugler” moda evinin kreativ direktoru vəzifəsini tərk etməsinə baxmayaraq, paltar tikir və şoular təşkil edirdi.

Mugler teatr və kino üçün geyim dizayneri kimi də çalışıb. Belə ki, “Ədəbsiz təklif” filmində Demi Murun məşhur qara paltarını o hazırlayıb.

Məşhur dizayner, Beyonsun şəxsi stilisti olub, həmçinin Şeron Stoun, Beyons, Ledi Qaqa, Corc Maykl, Devid Boui üçün də paltarlar hazırlayıb. D.Boui dizaynerin əl işinə o qədər heyran olub ki, supermodel İmanla toyu üçün kostyumu ona sifariş edib.

 

 

2021-ci ilin payızında Muqler Parisdə “Thierry Mugler”, “Couturrisime” adlı geniş miqyaslı sərgi açıb, burada onun ən məşhur geyimləri təqdim olunub. Modelyerin bir çox dostu, o cümlədən İrina Şeyk və Cardi B tədbirə onun brendindən olan paltarlarda qatılıblar.