Bakı 13˚C Sunny

Məşhur  musiqiçi HƏBS olundu - FOTO

Maraqlı 14:39 09 yan, 2022

O, konsertlər vermək üçün Qazaxıstana getmişdi

Məşhur  musiqiçi HƏBS olundu - FOTO

Qırğızıstanlı tanınmış musiqiçi Vikram Rozaxunov Qazaxıstandakı aksiyalarda saxlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə Qırğızıstan Yüksək Texnologiyalar Parkının təsisçisi Azis Abakirov deyib.

“Dəhşət, bu, məşhur caz ifaçısı Vikram Rozaxunovdur. O, konsertlər vermək üçün Qazaxıstana getmişdi. Dünyanın bütün caz dairələrində onu tanıyırlar. Onu tanıyır və sevirik. Xahiş edirik, onu buraxın. O, sadə musiqiçidir”, - Abakirov bildirib.

Qeyd edək ki, Rozaxunovun saxlanılması ilə bağlı Qırğızıstan tərəfi rəsmi açıqlama verməyib.