Bakı 16˚C Partly sunny

Məşhur Nusret restoranı aşağı xallarla qiymətləndirilib

Maraqlı 19:16 15 okt, 2021

Bu barədə “Independent” nəşri məlumat yayıb

Məşhur Nusret restoranı aşağı xallarla qiymətləndirilib

Məşhur türkiyəli internet fenomeni və daha sonradan steykləri öz xüsusi tərzi ilə bişirməsi ilə geniş auditoriya qazanmış Nusret Gökçenin Londonda yerləşən restoranı zəif xal yığıb. 

Qazet.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.

Nusretin bu yeni məkanının bəyənilməmə səbəbi isə qiymətlərin dəhşətli dərəcədə baha olmasıdır. Araşdırmada deyilir ki qızılı rəngdə “Tomahawk” steyki menyuda 1000 ingilis funt-sterlinqi qiymətinə satılır.

“Tripadvisor” saytında bu restoran haqqında aşağı bal verilmə səbəbi kimi onun qiymətləri göstərilib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.