Bakı 7˚C Sunny

Məşhur qazax yazıçısı vəfat etdi

Hadisə 03:12 06 fev, 2022

Yazıçının adını bütün dünyaya tanıdan, bir çox xarici dillərə tərcümə edilən böyük əsəri üç başlıqdan ibarət “Kan men Ter” romanı olub.

Məşhur qazax yazıçısı vəfat etdi

Klassik qazax ədəbiyyatının canlı çinarı kimi tanınan məşhur yazıçı Əbdicəmil Nurpeysov 97 yaşında Almatıda vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə Qazaxıstan Yazıçılar Birliyi məlumat yayıb.

Məlumata görə, 1924-cü ildə Aral dənizi yaxınlığındakı kənddə anadan olan Nurpeysov ilk əsərini İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra, 18 yaşında yazıb.

Yazıçının adını bütün dünyaya tanıdan, bir çox xarici dillərə tərcümə edilən böyük əsəri üç başlıqdan ibarət “Kan men Ter” romanı olub.