Bakı 24˚C Sunny

Məşhur qırğız yazıçısı vəfat edib

Gündəm 22:42 29 okt, 2021

Onun ssenariləri əsasında sovet dövründə Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanda bədii filmlər çəkilib.

Məşhur qırğız yazıçısı vəfat edib

Qırğızıstanın tanınmış mədəniyyət xadimi Mar Bayciyev 86 yaşında vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə onun nəvəsi Dastan Baydzhiyev öz tviter səhifəsində məlumat verib.

Nasir, dramaturq, teatr və kino rejissoru Mar Bayciyev 1990-1995-ci illərdə Qırğızıstan Parlamentinin deputatı olub.

Onun ssenariləri əsasında sovet dövründə Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanda bədii filmlər çəkilib.

Bayciyev məşhur “Manas” eposunu qırğız dilindən rus dilinə tərcümə edib, həmçinin Dmitri Furmanov, Anton Çexov və Vilyam Şekspirin əsərlərini qırğız dilinə tərcümə edib.