Bakı 15˚C Mostly sunny

Məşhur teleulduz Türkiyədə ağır qəza keçirdi: sevgilisi öldü / FOTO

Maraqlı 13:10 04 iyl, 2022

Hadisə Muğlanın Bodrum ilçəsində baş verib

Məşhur teleulduz Türkiyədə ağır qəza keçirdi: sevgilisi öldü / FOTO

İngilitərəli məşhur model, aktrisa və televiziya aparıcısı Yazmin Oukhellou sevgilisi Cek Robert Maklin ilə birlikdə Türkiyədə ağır qəza keçirib.

Qazet.az xəbər verir ki, hadisə Muğlanın Bodrum ilçəsində baş verib.

Belə ki, sükan arxasında olan C.R.Maklin qəfil idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəza zamanı sürücü həyatını itirib, sevgilisi televiziya ulduzu Y.Oukhellou isə ağır yaralanıb.

O, özəl xəstəxanalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Yazmin Oukhellou ən çox izlənilən "Esseks - yeganə yoldur" (The Only Way Is Essex) adlı teleserialda rol alır və modellik fəaliyyəti ilə də məşğuldur.