Messi Mbappedən 18 milyon avro çox maaş alır
Dünya10:5724 sentyabr, 2021

Paris təmsilçisinin yeni transferi Lionel Messi illik 35 milyon avro qazanır

Messi Mbappedən 18 milyon avro çox maaş alır
Bizi-da oxuyun

Fransanın PSJ klubunda futbolçuların maaşları bəlli olub.

Qazet.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin yeni transferi Lionel Messi illik 35 milyon avro qazanır.

Neymarın argentinalı oyunçudan 4 milyon az məvacib aldığını bildirilir. Bundan əlavə, Kilian Mbappenin 17 milyon avro alması diqqət mərkəzinə düşüb.

İspaniya "Real Madrid"indən PSJ-yə keçən Serxio Ramosun illik qazancı isə 12,1 milyon avro olaraq göstərilib. 36 yaşlı müdafiəçidən daha gənc olan Anxel di Mariya, Mauro İkardi, Əşrəf Hakimi və Corcinyo Veynaldumun isə daha az maaş aldığı qeyd olunub.

Fikriniz