Bakı 19˚C Partly sunny

Messi PSJ-nin növbəti oyununda meydana çıxmayacaq

İdman 15:34 24 sen, 2021

Futbolçu Fransa çempionatının “Lion”la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb

Messi PSJ-nin növbəti oyununda meydana çıxmayacaq

PSJ-nin hücumçusu Lionel Messi ümumi qrupda məşqlərə hələ başlamayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu Fransa çempionatının “Lion”la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb.

Onun sentyabrın 25 və ya 26-da məşqlərə qoşulacağı gözlənilir.

Həmçinin argentinalı oyunçunun “Monpelye” ilə görüşü buraxacağı da güman edilir. Belə ki, Məşq Qərargahı onun gücünü Çempionlar Liqasında “Mançester Siti” ilə oyuna qorumaq istəyir.

Mənbə: “Le Parisien”