Bakı 23˚C Partly sunny

Meymunçiçəyi epidemiyasının episentri... – ÜST

Gündəm 00:48 16 iyn, 2022

Yeni virus yayılır

Meymunçiçəyi epidemiyasının episentri... – ÜST

Meymunçiçəyi virusu Avropa qitəsinin 25 ölkəsində yayılıb. İndiyədək təsdiqlənmiş 1600-dən çox yoluxmanın 85 faizi Avropadadır.

Qəzet.az xəbər verir ki, bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge deyib.

O, virusun yayılmasının artıq risk daşımağa başladığını vurğulayıb:

"Virus nə qədər uzun müddət yayılmağa davam edərsə, onun yaratdığı risk bir o qədər çox olar və endemik olmayan ölkələrdə də güclü təsir bağışlayar".