Bakı 16˚C Partly sunny

Meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ: Bu yolla keçir

Cəmiyyət 14:16 23 may, 2022

İngiltərə sözügedən xəstəliklə əlaqəli həyəcan təbili çalıb

<strong>Meymunçiçəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ:</strong> <span style="color:red">Bu yolla keçir</span>

Avropa, ABŞ və Kanada başda olmaqla, onlarla ölkədə rast gəlinən "meymunçiçəyi" virusu ilə bağlı son açıqlama gündəm olub.

Qazet.az bildirir ki, İngiltərə sözügedən xəstəliklə əlaqəli həyəcan təbili çalıb.

Bu istiqamətdə özəlliklə cinsi həyat faktorunun vurğulanması isə insanların da marağına səbəb olub. Belə ki, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin baş tibbi məsləhətçisi Susan Hopkins virusun dəridə yaranan yara, ağız, burun, göz və ya tənəffüs yolları ilə yoluxduğunu söyləyib.

O, həmçinin xəstyəliyin cinsi yolla keçdiyini diqqətə çatıdırıb:

"Mütəmadi olaraq müxtəlif insanlarla cinsi əlaqədə olanların və ya tanımadığı insanlarla cinsi əlaqədə olmaq vərdişi olanların bunu etməməsini tövsiyə edirik. Cinsi həyatınızda belə bir vərdişiniz varsa və bədəninizin bəzi yerlərində şişlik görürsünüzsə, dərhal həkimə müraciət etməlisiniz".

(sfera.az)