Bakı 13˚C Sunny

"Milan" ÇL tarixində ən pis nəticə göstərənlərdəndir

İdman 15:24 08 dek, 2021

Milan ÇL tarixində ən pis nəticə göstərən ikinci İtaliya komandası olub

"Milan" ÇL tarixində ən pis nəticə göstərənlərdəndir

"Milan" Çempionlar Liqası tarixində qrup mərhələsində ən pis nəticə göstərən ikinci İtaliya komandası olub. 

Qazet.az xəbər verir ki, bu, A seriyası təmsilçisinin ötən gecə qrup mərhələsinin 6-cı turunda "Liverpul"a uduzmasından sonra qeydə alınıb. Komanda ümumilikdə 4 xal toplayaraq turnir cədvəlində sonuncu yeri tutub və mübarizəni dayandırıb. Beləliklə, "Milan" Çempionlar Liqasında ən pis nəticə göstərən ikinci İtaliya komandası kimi tarixə düşüb. 

Daha əvvəl "Roma" 2004/05 mövsümündə qrup mərhələsində 1 xal toplayıb. 

Qeyd edək ki, "Milan"ın yer aldığı B qrupunda "Liverpul" və "Atletiko" 1/8 finala adlayıb.