Bakı 12˚C Sunny

"Milan"-ın futbolçusunda koronavirus aşkarlanıb

Gündəm 19:15 13 okt, 2021

"Hazırda onun vəziyyəti yaxşıdır"

"Milan"-ın futbolçusunda koronavirus aşkarlanıb

İtaliyanın Milan klubunun cinah müdafiəçisi Teo Hernandezin koronavirusa yoluxduğu açıqlanıb.

Qazet.az xəbər verir ki, bu barədə klub özü məlumat yayıb. 

Məlumatda bildirilib ki, oyunçu millidən döndükdən sonra onda virus aşkarlanıb. 

"AC Milan, milli komandadan qayıdan Teo Hernandezin koronavirus testi müsbət çıxıb. Hazırda onun vəziyyəti yaxşıdır ", - deyə rəsmi açıqlamada deyilir.

Fransız müdafiəçi, Millətlər Liqasında Fransa heyətinə daxil edilib və iki oyunda bir qol və bir asistlə ölkəsinin qalib gəlməsinə kömək edib.

24 yaşlı Teo, bu mövsüm Rossoneri ilə keçirdiyi bütün turnirlər daxil olmaqla 9 matçda 1 qol və 3 assist edib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.