Bakı 16˚C Sunny

“Milan” sonuncu qələbə ilə 67 illik rekordu təkrarlayıb

Hadisə 16:23 27 okt, 2021

Milan 10 oyundan 9-da qələbə qazanaraq rekordunu təkrarlayıb

“Milan” sonuncu qələbə ilə 67 illik rekordu təkrarlayıb

İtaliya A seriyasının 10-cu turunda “Torino”nu məğlub edən (1:0) “Milan” öz rekordunu təkrarlayıb.

Qazet.az xəbər verir ki, “qırmızı qaralar” bu mövsüm çempionatda 10 oyundan 9-unda qələbə qazanıb. “Rossonyeri”lər bundan əvvəl 1954/55 mövsümündə çempionatın ilk 10 turunda 9 qələbə qazanmışdı. "Qırmızı-qaralar" 67 il idi ki, bu uğuru təkrarlaya bilmirdi.

Qeyd edək ki, “Milan” hazırda 28 xalla A seriyasında liderdir.

Mənbə