Bakı 7˚C Sunny

Millətlər Liqası: İtaliya yığması 3-cü yeri tutub

İdman 21:55 10 okt, 2021

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 

Millətlər Liqası: İtaliya yığması 3-cü yeri tutub

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib. 

Qazet.az-ın məlumatına görə, son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. 

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub. 

Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.