Bakı 16˚C Partly sunny

Min bir dərdin dərmanı - Doşab

Maraqlı 14:56 20 okt, 2021

Dəmir, sink və maqnezium kimi bir çox minerallardan ibarətdir, immun sistemini möhkəmləndir

Min bir dərdin dərmanı - <span style="color:red">Doşab</span>

Doşab müxtəlif çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur. Doşab, həm də bəhməz adı ilə tanınır.

Müalicəvi əhəmiyyətə malik olan, antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların başında gəlir.

Səhər ac qarnına bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı doşab töküb üzərinə limon sıxaraq içsəniz, bu qanazlığı və dəmir çatışmazlığına çarə olacaq.

Doşabın xurma doşabı, üzüm doşabı, tut doşabı, əncir doşabı, armud doşabı və s. kimi növləri var.  

Qazet.az bildirir ki, tut doşabı ən xeyirli doşab sayılır. 

Tut doşabının faydaları 

Tut doşabı eynilə üzüm doşabı kimi, xalq arasında çox tanınır və digər doşablar kimi sağlamlıq mənbəyidir. Bəzi mütəxəssislər bildirir ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. 

Qanazlığının və dəmir çatışmamazlığının qarşısını almaq üçün tut doşabından istifadə etmək  çox faydalıdır.

Mədə xəstəliklərində xüsusən, xora xəstəliyinə qarşı tut doşabı çox yaxşı təsir edir.

Astma və bronxit xəstəliklərində faydalıdır.

Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq suda həll edib içmək  lazımdır.

Soyuqdəyməyə qarşı tut doşabı orqanizmin müqavimətini və iş qabiliyyətini artıran xüsusiyyətə malikdir.  

İmmun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. 

Uşaqların böyüməsində və inkişafına yardımçı olur, zehnin inkişafı üçün tut doşabı məsləhət görülür. 

Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsinə müsbət təsir edir, ödəmləri azaldır.

Tut doşabı ilə qarqara edilərsə, ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur. Uşaqlarda tez-tez rast gəlinən ağız kandidozu xəstəliyinə qarşı geniş istifadə edilir.  

Hamilələr üçün çox faydalıdır. Doşabın ən əhəmiyyətli xüsusiyyəti isə mineral baxımından çox zəngin olmasıdır.  

Dəmir, sink və maqnezium kimi bir çox minerallardan ibarətdir.

Tut doşabı enerji mənbəyidir.

İdmanla məşğul olanlar xüsusilə idman öncəsi enerjiyə ehtiyac duyar. Əslində təbii üsulla enerjili olmağın yollarından biri də doşabdır. 

Doşabı suyun içinə əlavə edərək içdikdə idman ərəfəsində enerjili olmağınızı təmin edir. Eyni zamanda, idman zamanı itirdiyiniz mineralları də yerinə qoymuş olarsınız.