Bakı 14˚C Sunny

Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb

Gündəm 22:03 03 iyl, 2022

Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.

Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb

Misir Ətraf Mühit Nazirliyi bu gün Xurqadı rayonunda köpək balığının hücumu nəticəsində daha bir qadının öldüyünü açıqlayıb.

Qazet.az TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Sahl-Xaşiş çimərliyində qeydə alınıb.

Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb.

Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən cümə günü Avstriya vətəndaşı olan qadın Sahl-Xaşiş çimərliyində köpək balığının hücumu nəticəsində ölüb. Köpək balığı qadının əlinə və ayağına ciddi xəsarət yetirib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.