Bakı 15˚C Sunny

Mixeil Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet alıb

Gündəm 09:19 28 sen, 2021

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Mixeil Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet alıb

“Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”.

Qazet.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.

O, həmin günün axşamı Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib: “Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdəTbilisiyə çatacaq.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.