Bakı 12˚C Partly sunny

Möcüzəvi Kinoa (Quinoa) bitkisi -Yüksək protein mənbəyi

Maraqlı 02:18 15 may, 2022

Bədəninizin ehtiyac duyduğu bütün doqquz əsas amin turşusunu ehtiva edən quinoa kalsium, lizin, dəmir və B vitaminlərinin etibarlı mənbəyidir.

Möcüzəvi Kinoa (Quinoa) bitkisi -Yüksək protein mənbəyi

Quinoa yüksək protein tərkibinə görə bu gün ən çox seçilən qidalardan biridir. 

Kinoa (Quinoa) buğda cinsindən olan, lakin çiçək açan və həzmi asan, yüngül, ləzzətli bir taxıl növüdür.  

120 növü olmasına baxmayaraq, bilinən üç növü istifadə edilməkdədir. Ağ, qırmızı və ya bozaçalar. 


Ən çox satılan ağ quinoadır.

Qırmızı və qara quinoa ağdan iki dəfə çox E vitamini ehtiva edir. Bundan əlavə, ağ və qara düyü nümunəsindən bildiyiniz kimi; Yeməyin rəngi nə qədər tünd olarsa, antioksidant qabiliyyəti də bir o qədər yüksəkdir.

Quinoa son vaxtlar populyarlığını artırsa da, yeni bir məhsul deyil. İlk dəfə Cənubi Amerikada becərilmiş və 7000 il əvvəl And dağlarında qida kimi istifadə edilmişdir. İnka cəmiyyəti üçün bu, çox qiymətli qida qaynağıymış. 

İstehlak üçün hazır aldığınız kinoa əslində “Chenopodium” quinoa bitkisinin toxumudur.

Quinoanı digər toxumlardan fərqləndirən xüsusiyyət; üyüdmək və ya birbaşa istehlak etmək əvəzinə düyü və ya bulqur kimi bişirərək istifadə etmək.

Bununla belə, kinoa həm düyüdən, həm də bulqurdan çox daha qidalı və yüksək proteindir.

Bədəninizin ehtiyac duyduğu bütün doqquz əsas amin turşusunu ehtiva edən quinoa kalsium, lizin, dəmir və B vitaminlərinin etibarlı mənbəyidir. 

100 qram Kinoada 372 kalori var. 5.80 qram yağ, 69 qram karbonhidrat, 6 qram lif ehtiva edir. A, B, C, D və K kimi haradasa bütün vitaminləri ehtiva edən kinoada xolesterol yoxdur. 100 qram Kinoanın bəzi növlərinin yüzdə 20-si zülal ehtiva edir. Əgər cücərdilərək istifadə edilsə qida dəyəri daha da artır. Cücərdirilmiş kinoanın qida dəyəri ətdən daha yüksəkdir.
 

Kinoa, asanlıqla həzm olunur və qəbizlik vəziyyətlərində də tövsiyə edilir.

Eyni zamanda qlüten allergiyası səbəbiylə taxıllardan uzaq durmaq məcburiyyətində qalanlar kinoa rahatlıqla istehlak edə bilərlər.

Xolesterol problemi olanlar üçün də uyğundur.

Quinoa yüksək protein tərkibinə və qida dəyərinə görə vegetarianların və veganların üstünlük verməsi lazım olan bir məhsuldur.

Kalorisi az olduğu, lif və minerallarla zəngin olduğu üçün yediklərinə diqqət edən hər kəsin istifadə edə biləcəyi qidadır.

Soyuducunuzda hava keçirməyən paket və ya qabda bir neçə aya qədər saxlaya bilərsiniz.

Rahatlığına görə çoxları tərəfindən seçilən quinoa düyüdən daha sürətli bişirilir və on beş dəqiqə ərzində qaynadıla bilər.

Kinoa təkcə sağlamlıq baxımından deyil, həm də dad baxımından ideal seçimdir.

Ət xörəyinin yanında yemək, düyü əvəzi kimi və ya salatınıza əlavə etmək üçün mükəmməl uyğun gəlir.

Kinoanı krevet kimi dəniz məhsulları ilə də istifadə edə bilərsiniz.

Həmçinin pancakedən pudinqə, peçenyelərə qədər bir çox desertlərə əlavə edilə bilər. 

Saysız-hesabsız reseptlər tapa bilərsiniz və zövqünüzə uyğun olaraq evdə istənilən quinoa yeməyi dada bilərsiniz.

Kinoanın ən əhəmiyyətli xüsusiyyəti "super oksid dismutaz” fermenti ehtiva etməsidir. Bu ferment yaşlanmağı gecikdirir, dərini qocalmağa qarşı qoruyur. 

Toxu yenilənməsini təmin edərkən, sərbəst radikalların verdiyi zərərdən müasir həyatın hüceyrələri əldən salmasına qədər qoruyur. Beləcə son zamanlarda sıxlıqla görülən xərçəng xəstəliyinin də önlənməsinə köməkçi olur. 

Döş xərçəngini qabaqlayıcıxüsusiyyətə sahibdir; ürəyi də qüvvətləndirir."Kuersetin” adlı maddə də kinoayı imtina edilməz edir. Kuersetin anti oksidant olmasının ilə bərabər, bahar allergiyalarına qarşı da yaxşı təsir edir.