Bakı 23˚C Partly sunny

Möcüzəvi meyvə qreypfrutun faydaları

Maraqlı 13:53 18 noy, 2021

Arıqlamaqdan tutmuş ürək xəstəliyinə qədər faydaları olan qreypfrut

Möcüzəvi meyvə qreypfrutun faydaları

Sitrus meyvəsi olan qreypfrut portağaldan bir qədər böyük və ağdan sarıya, çəhrayıdan qırmızıya qədər müxtəlif rənglərdə görünə bilər. Qalın qabığa malik bu meyvə sulu və bir qədər də turş olur.

Bir az şirin və turş tropik meyvə olan qreypfrut antioksidant və liflə zəngindir. 

Aşağı kalorili olan qreypfrut pəhriz saxlayanların sevimli seçimidir. Tərkibində çoxlu lif, 15-dən çox vitamin və mineral var.


Yarım qreypfrutun tərkibi: 

Enerji dəyəri: 25 kalori

Karbohidrat: 13 qram

Protein: 1 qram

Minerallar və vitaminlər:

Vitamin C: Gündəlik tələbatın 64%-ni təşkil edir 

Vitamin A: gündəlik tələbatın 28%-i  

Kalium: gündəlik tələbatın 5%-i 

Folat: gündəlik tələbatın 4%-i 

Maqnezium: gündəlik tələbatın 3%-i 

Qreypfrutun müntəzəm istehlakı immunitet sistemini gücləndirir. C vitamini ilə ən zəngin meyvələrdən biri olan qreypfrutun hüceyrələri zərərli bakteriya və viruslardan qoruyur. 

Yarım qreypfrutda 2 qram lif var. Araşdırmalara görə, qreypfrut həzm müddətini artıran lifləri sayəsində iştahı idarə etmək üçün ən təsirli meyvələrdən biridir. 

Qreypfrutun müntəzəm istifadəsi ürək üçün də faydalıdır. Yüksək qan təzyiqi və xolesterin üçün yaxşı olduğu deyilir. 

Qreypfrutun faydaları xərçəng riskinin azaldılması da var. Xüsusilə prostat vəzi xərçəngi, kolon xərçəngi, demək olar ki, hər yaşda görülə bilən yemək borusu xərçəngi və sonrakı yaşlarda kişilərin ən böyük problemlərindən birinə çevrilən mədə xərçənginə qarşı qoruyucu qalxandır


C vitamini ilə çox zəngin olan qreypfrut günəş şüalarının və çirkli havanın yaratdığı dəri zədələrini sağaltmağa kömək edir. Qreypfrut hüceyrə bərpaedici xüsusiyyəti ilə dərinin əvvəlki elastik quruluşuna qatqı təmin edir. Tərkibindəki A vitamini sağlam və parlaq dəri görünüşü əldə etməyə kömək edir

Qırışların görünüşünün azaldılmasına faydalı olduğuna görə kosmetika sənayesində istifadə edilir. Ev şəraitində dəri qulluğunda istifadə etmək istəyirsinizsə suyunu udmasını gözləyəndən sonra bir parça pambıq dərinizə çəkə bilərsiniz.

Qeyd edək ki, sadaladığımız məlumatlara əsasən sağlamlıq üçün faydalı olan bu meyvə şəkər xəstəliyi və buna bənzər xəstəliklər zamanı həkim məsləhəti ilə yeyilməsi məsləhətdir.

Qreypfrut müəyyən dərmanlarla paralel istifadə edildikdə əks-təsir göstərə bilər.  

Qreypfrutla qəbul edilməməli olan dərmanlar: qan təzyiqi dərmanları , depressiya əleyhinə dərmanlar, epilepsiya dərmanları, xolesterolu azaldan dərmanlar, allergiya dərmanları, soyuqdəymə dərmanları, ürək dərmanları.